RU

40 il səhnədə: Riki Martin "MTV VMA 2025"də "Latin Icon" mükafatının ilk qalibi oldu

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Məşhur müğənni Riki Martin Nyu-York ştatının Elmont şəhərindəki UBS arenasında keçirilən "MTV Video Music Awards 2025" mərasimində ilk "Latin Icon" mükafatını qazanıb.
Oxu.Az-ın Windozo.ru-ya istinadən verdiyi xəbərə görə, puerto-rikalı müğənni mükafatı qəbul etməzdən əvvəl ən məşhur hitlərindən ibarət popurri ifa edib.
Minnətdarlıq nitqində Martin "Menudo"da ilk günlərindən başlayaraq, 40 illik karyerası boyunca dəstək olduqları üçün pərəstişkarlarına təşəkkür edib.
Martin popurridə "Livin' La Vida Loca", "Pégate", "Shake Your Bon-Bon", "Vente Pa' Ca", "María" və "The Cup of Life" mahnılarından istifadə edib.
Sənətçi sonuncu dəfə 1999-cu ildə VMA mükafatı qazanmışdı.
Избранный
15
1
oxu.az

2Источники