RU

İnformasiya və rabitə sektoru üzrə biznes kredit portfeli 18% böyüyüb

Bakı. Trend:

Bu ilin avqustun 1-nə Azərbaycan banklarının informasiya vərabitə sahəsinə verilmiş biznes kredit portfeli 679,8 milyon manattəşkil edib.

Trend bubarədə Mərkəzi Bankdan məlumat əldə edib.

Sözügedən sahə üzrə kredit portfeli aylıq müqayisədə 9,5 milyonmanat və ya 1,4%, ötən ilin eyni dövrü ilə nisbətdə isə 104,7milyon manat 18,2% artıb.

Belə ki, informasiya və rabitə sektoru üzrə banklar tərəfindənverilmiş biznes kreditlərin məbləği 2025-ci ilin iyulun 1-nə 670,3milyon manat, ötən ilin avqustun 1-nə isə 575,1 milyon manat təşkiletmişdi.

Qeyd edək ki, cari ilin avqust ayının 1-nə Azərbaycandabankların kredit portfeli 0,1% və ya 26 milyon manat artaraq 28,498milyard manat olub. Kredit portfelinin 15,056 milyard manatı bizneskreditləri, 9,002 milyard manatı istehlak kreditləri, 4,440 milyardmanatı isə ipoteka kreditləri təşkil edib.

Избранный
37
1
az.trend.az

8Источники