"Sanksiyalar Kiyev rejiminin və Avropa ölkələrinin ön planda dəstəklədiyi gündəmdir. Onlar Vaşinqtonu öz orbitlərinə çəkmək və bu sanksiyaları tətbiq etmək üçün hər şeyi edirlər".
Missiya.Az Rusiya mediasına istinadən xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərin Trampın Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etmək təhdidlərinə Moskvanın münasibəti ilə bağlı sualına cavabda deyib.
"Ölkəmizə qarşı tətbiq edilən qeyri-məhdud sayda sanksiyaların heç bir təsiri olmadı. Onların Rusiyaya təzyiq göstərmək baxımından tamamilə faydasız olduqları sübut olundu. Rusiya ardıcıl olaraq qarşıya qoyulan məqsədlərə nail olmaq yolunda irəliləyir", - Peskov əlavə edib.
Elcan
Missiya.Az