RU

Millinin sabiq futbolçusu: "Onun dövründə gördük ki, xarici məşqçi də milliyə uğur gətirə bilər" o

BAKI,8 sentyabr. TELEQRAF

“Dünyanın ən yaxşı baş məşqçisini milliyə gətirsək belə, qrupdan çıxmaq şansımız yox dərəcəsindədir. Bu, sadəcə gələcəyə atılan strateji bir addım ola bilər”.

Bunu Teleqraf-a açıqlamasında Azərbaycan millisinin veteran futbolçusu Aslan Kərimov deyib.

Mütəxəssisin sözlərinə görə, portuqaliyalı baş məşqçi Fernandu Santuşun yerinə gələcək mütəxəssisin təcrübəsinin yox, daha çox şəxsi meyarlarının uyğunluğu vacibdir: “Əsas məsələ düzgün profilə uyğun baş məşqçi seçməkdir. Bu profil də ondan ibarətdir ki, məşqçinin futbol savadı qədər, oyunçuları inandırmaq, onlarla ünsiyyət qurmaq və komandanı arxasınca aparmaq bacarığı ön planda olsun. Əminəm ki, milli səviyyədə işləyəcək mütəxəssislərdə futbol savadı ilə bağlı heç bir problem yaşanmayacaq. Çünki Azərbaycanda da bu baxımdan yerli məşqçilərin potensialı mövcuddur”.

Kərimov yığmaya rəhbərlik edə biləcək uyğun əcnəbi mütəxəssis namizədlərinin olduğunu da bildirib: “Qəbul etməliyik ki, bu işin öhdəsindən gəlmək üçün ən münasib namizəd oyunçularla eyni mədəniyyəti paylaşan, onların düşüncə tərzini anlayan bir şəxs olmalıdır. Bu o demək deyil ki, yalnız azərbaycanlı məşqçilər buna qadirdir. Sözsüz ki, legioner mütəxəssislər də uğur qazana bilərlər. Məsələn, Robert Prosineçkinin dövründə gördük ki, xarici məşqçi də milli komandaya uğur gətirə bilər. Lakin eyni futbol mühitində yetişmiş, oyunçuları yaxından tanıyan məşqçilərin işi daha asan ola bilər”.

Qeyd edək ki, Fernandu Santuş ötən ilin iyununda Azərbaycan millisinin baş məşqçi postuna təyin olunmuşdu. Robert Prosineçki 2014-2017-ci illərdə Azərbaycan millisinin baş məşqçisi olub.

Избранный
98
teleqraf.com

1Источники