Lənkəranda yol-nəqliyyat qəzası baş verib.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə şəhərin “Kiçik bazar” adlanan dənizkənarı ərazisində qeydə alınıb.
Hadisə nəticəsində “Land Rover” və “KİA” markalı minik avtomobilləri toqquşub.
Qəzada “Land Rover”in sürücüsü, 1973-cü il təvəllüdlü rayon sakini Elçin Ağayev müxtəlif dərəcəli bədən xəsarətləri ilə rayon xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, Lənkəranda tanınmış vəkil olan E. Ağayev müğənni Cavad Rəcəbovun yeznəsidir.