RU

Prezident Samir Şərifova daha bir vəzifə verdi

Prezident İlham Əliyev İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının Bakı şəhərində keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında sərəncam imzalayıb.

1. 2026-cı il iyunun 16–19-da İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının Bakı şəhərində keçirilməsi ilə əlaqədar aşağıdakı tərkibdə Təşkilat Komitəsi yaradılsın:
Təşkilat Komitəsinin sədri
Samir Şərifov
-
Azərbaycan Respublikası Baş nazirinin müavini
Təşkilat Komitəsi sədrinin müavini
Mikayıl Cabbarov
-
Azərbaycan Respublikasının iqtisadiyyat naziri
Təşkilat Komitəsinin üzvləri:
Ceyhun Bayramov
-
Azərbaycan Respublikasının xarici işlər naziri
Sahil Babayev
-
Azərbaycan Respublikasının maliyyə naziri
Adil Kərimli
-
Azərbaycan Respublikasının mədəniyyət naziri
Kəmaləddin Heydərov
-
Azərbaycan Respublikasının fövqəladə hallar naziri
Vilayət Eyvazov
-
Azərbaycan Respublikasının daxili işlər naziri
Rəşad Nəbiyev
-
Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri
Teymur Musayev
-
Azərbaycan Respublikasının səhiyyə naziri
Şahin Bağırov
-
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri
Elçin Quliyev
-
Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi
Vüsal Hüseynov
-
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi
Fuad Nağıyev
-
Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri
Taleh Kazımov
-
Azərbaycan Respublikası Mərkəzi Bankının sədri
Samir Rzayev
-
“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti
Eldar Əzizov
-
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı.
2. Bu Sərəncamın 1-ci hissəsi ilə yaradılan Təşkilat Komitəsi:
2.1. “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən təmsil olunan Azərbaycan Respublikası Hökuməti ilə İslam İnkişaf Bankı Qrupu arasında Azərbaycan Respublikası Hökuməti (ev sahibi ölkə) tərəfindən İİB Qrupunun 2026-cı ildə keçiriləcək İllik Toplantıları üçün təminatlara dair Anlaşma Memorandumu”na uyğun olaraq, İllik Toplantıların təşkili və keçirilməsi ilə bağlı Tədbirlər Planının hazırlanmasını və icrasını təmin etsin;
2.2. İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının keçirilməsi ilə əlaqədar digər zəruri məsələləri həll etsin.
3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının keçirilməsi ilə bağlı İslam İnkişaf Bankı Qrupu ilə əlaqələndirmə və Təşkilat Komitəsinin katibliyi funksiyalarını həyata keçirsin.
4. Azərbaycan Respublikasının Nazirlər Kabineti İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının keçirilməsi ilə əlaqədar xərclərin maliyyələşdirilməsi üçün 2026-cı ilin dövlət büdcəsi layihəsində müvafiq vəsaitin nəzərdə tutulmasını təmin etsin və digər zəruri məsələlərin həlli üçün tədbirlər görsün.
Избранный
37
32
onn.az

10Источники