RU

Bakı Fond Birjasında "Bank of Baku"nun istiqrazlarının “Açılış Zəngi” keçirilib

8 sentyabr 2025-ci il tarixində Bakı Fond Birjasında "Bank of Baku" ASC-nin istiqrazlarının abunə yazılışının başlanmasınа həsr olunmuş “Açılış Zəngi” keçirilib. 

Tədbir "Bakı Fond Birjası" QSC-nin İdarə Heyətinin sədri Ruslan Xəlilovun çıxış sözü ilə açıq elan edilib.

O, maliyyə bazarlarında investisiya alətlərinin çeşidliyinin artırılmasının əhəmiyyətini vurğulayıb və kapial bazarına mühüm töhfə verəcəyini qeyd edib.

"Bank of Baku" ASC-nin İdarə Heyətinin sədri Həsən Quliyev isə öz çıxışında bildirib ki, “Bank of Baku” bu addımı ilə ölkə iqtisadiyyatına töhfə verməyi hədəfləyir.

"ABB-Invest Investisiya Şirkəti" QSC-nin icraçı direktoru Nadir Babazadə öz çıxışında qeyd dib ki, investorlar mövcud istiqrazlar üzrə sifarişlərini “ABB Mobile” tətbiqi vasitəsilə yerləşdirə bilərlər.

Xatırladaq ki, illik gəlirliliyi 13%, ilkin ticarət qiyməti 100 manat təşkil edən, tədavül müddəti 18 ay və buraxılış həcmi 20,000,000 manat olan faizli təmin edilməmiş, sənədsiz, adlı istiqrazların abunə yazılışı 19 sentyabr 2025-ci il tarixində bitəcəkdir. 

Tədbirin sonunda emitent – "Bank of Baku" ASC, "Bakı Fond Birjası" QSC və "ABB-Invest Investisiya Şirkəti" QSC-nin nümayəndələri tərəfindən istiqrazların abunə yazılışının başlanmasını simvolizə edən zəng çalınıb. Beləliklə, istiqrazların Bakı Fond Birjasının ticarət platformasında abunə yazılışına başlanılıb.

BakıFondBirjası BankOfBaku istiqrazlar abunəyazılışı AçılışZəngi RuslanXəlilov HəsənQuliyev NadirBabazadə ABBInvest ABBMobile investisiya kapitalbazarları istiqrazburaxılışı faizliistiqrazlar illikgəlirlilik13% tədavülmüddəti18ay buraxılışhəcmi20milyon maliyyəbazarları investisialətləri Azərbaycanbanksektoru
Избранный
34
2
marja.az

3Источники