RU

Laçın obaları heyvanlarda dabaq xəstəliyi yayılıb - Rəsmilərdən isə xəbər yoxdur (VİDEO)

Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsində (Laçın obaları) heyvanlarda dabaq xəstəliyi yayılıb.

Mia.az xəbər verir ki, bu barədə vətəndaşlar Xəzər TV-yə danışıb. 

Sakinlərin sözlərinə görə, qəsəbədəki bütün heyvanlarda bu xəstəlik müşahidə olunub: “Artıq 10 gündən çoxdur ki, heyvanlar xəstədir. Heç kəs maraqlanmır. Burada ümumi vəziyyət budur. Mənim 5 baş heyvanım var, hamısı xəstədir”.

Baytar isə bildirib ki, xəstəlik səbəbi müxtəlif ola bilər: “Vaksinlər tətbiq edilib, ancaq ola bilsin ki, yeni heyvan alıb gətirdikdə ondakı virus digərlərinə yayılıb. Həmçinin buranın sadəcə bir otlaq sahəsi var. Orada nəfəs vasitəsilə virusun heyvandan-heyvana keçməsi halı yaşana bilər”.

Daha ətraflı videomaterialda:

Избранный
38
6
mia.az

7Источники