RU

Almaniya donanması üçün ikinci kəşfiyyatçı gəmisinin tikintisinə başlanılıb

Almaniyanın Volqastdakı “Naval Vessels Lürssen” (NVL) şirkətinin Peene-Werft tərsanəsində Almaniya Hərbi Dəniz Qüvvələri üçün “Tip-424” sinifli ikinci kəşfiyyatçı gəmisinin tikintisi üçün polad kəsmə mərasimi keçirilib.

Herbiand.az-ın Naval Today-ə istinadən məlumatına görə, Almaniya Hərbi Dəniz Qüvvələri ümumilikdə üç belə gəmi alacaq.

İlk kəşfiyyat gəmisinin təhvil verilməsi 2029-cu ilə, daha ikisinin isə 2030 və 2031-ci ildə çatdırılması planlaşdırılır.

Daha əvvəl məlumat verilmişdi ki, Bundesver üç gəminin tikintisi ilə yanaşı, təlim-kəşfiyyat mərkəzinin tikintisinə də göstəriş verib. Proqramın ümumi dəyəri ilkin olaraq 2,1 milyard avro qiymətləndirilirdi. Lakin 2023-cü ilə qədər bu rəqəm 3,3 milyard avroya yüksəldi.

Yeni gəmilərin uzunluğu təxminən 132 metr olacaq.

Bəxtiyar CƏFƏRLİ  

Избранный
76
herbiand.az

1Источники