UEFA Çempionlar Liqasında “Qarabağ”la qarşılaşacaq “Ayaks” futbolçusu Miki Qodtsu “Beşiktaş”a buraxmayıb.
İdmanxeber.az-ın məlumatına görə, İstanbul klubu 20 yaşlı hücumçu üçün 10 milyon avrodan çox təklif etsə də, Amsterdam təmsilçisi satışa razı olmayıb. Bununla belə, “Beşiktaş”ın təklifi yeniləməsi gözlənilir. Türkiyədə transfer pəncərəsi sentyabrın 12-dək açıqdır.
Qodts ötən mövsüm 47 oyunda 8 qol və 7 asistlə yadda qalıb. Onun “Ayaks”la müqaviləsi 2029-cu ilin yayına qədərdir.