RU

Yaxın 3 il üzrə dollar lirə məzənnəsi ilə bağlı proqnozlar açıqlandı

BAKI, 8 sentyabr. TELEQRAF

Türkiyədə Orta Müddətli Proqramı çərçivəsində dollar/lirə məzənnəsi üzrə 2026–2028-ci illəri əhatə edən rəsmi proqnozlar açıqlanıb.

Teleqraf xəbər verir ki, proqramda dolların lirəyə qarşı orta illik məzənnəsi bu il üçün 39,63 lirə, 2026-cı il üçün 46,60 lirə, 2027-ci il üçün 50,71 lirə, 2028-ci il üçün isə 53,76 lirə proqnozlaşdırılıb.

CNBC kanalının hesablamalarına əsasən, bu il üçün nəzərdə tutulan illik orta məzənnə hədəfi olan 39,63 lirə səviyyəsinə çatmaq üçün ilin qalan aylarında dolların orta məzənnəsi təxminən 42,36 lirə olmalıdır.

Qeyd edək ki, hazırda qonşu ölkədə 1 ABŞ dolları 41,26 lirəyə bərabərdir.

Избранный
47
teleqraf.com

1Источники