Bakı. Trend:
Bakının Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyevküçəsində təmir işlərinə başlanılır.
Trendxəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları DövlətAgentliyi (AAYDA) məlumat yayıb.
Bildirilib ki, qəsəbənin Yavər Əliyev küçəsində (Oskar Əfəndiyevküçəsi ilə kəsişmədən Məmmədəli Şərifli küçəsi ilə kəsişməyə qədərolan hissədə) sentyabrın 9-da saat 15:00-dan etibarən təmirişlərinə başlanılacaq.
"Təmir işləri ilə əlaqədar olaraq göstərilən küçə üzrə nəqliyyatvasitələrinin hərəkəti hissə-hissə məhdudlaşdırılacaq.
AAYDA sürücülərdən hərəkətlərini öncədən planlaşdırmaları vəalternativ yollardan istifadə etmələrini xahiş edir",- deyə əlavəedilib.