RU

''Ticarət müharibələri qlobal iqtisadiyyata ciddi zərbə vurur'' -Si Cinpin

Çin Xalq Respublikasının Sədri Si Cinpin bildirib ki, ayrı-ayrı ölkələrin apardığı ticarət və tarif müharibələri qlobal iqtisadiyyata ciddi zərər vurur.

Redaktor.az xəbər verir ki, o, bu barədə onlayn formatda keçirilən BRİKS sammiti zamanı çıxışı zamanı danışıb.

Si Cinpin vurğulayıb ki, hegemonizm, birtərəflilik və proteksionizmin artması dünya iqtisadiyyatında sabitliyi pozur və beynəlxalq ticarət qaydalarına zərbə vurur.

“Ayrı-ayrı ölkələr bir-birinin ardınca dünya iqtisadiyyatını ciddi şəkildə sarsıdan və beynəlxalq ticarət qaydalarına ciddi ziyan vuran ticarət və tarif müharibələri aparırlar”, – Çin lideri Xinhua agentliyinə bildirib

Çin Prezidenti əlavə edib ki, BRİKS ölkələri (Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika) açıq, inklüziv və əməkdaşlığa əsaslanan bir yanaşma sərgiləməli, çoxtərəflilik prinsiplərini müdafiə etməli və çoxtərəfli ticarət sisteminə dəstək verməlidirlər.

Aminə Şahsuvarqızı

Избранный
71
2
redaktor.az

3Источники