RU

Rusiya klubundan "Beşiktaş"a?

 Rusiyanın ÇSKA klubunun yarımmüdafiəçi Matvey Kislak karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.

 90deqiqe.Az-ın məlumatına görə, rusiyalı futbolçunun xidmətində Türkiyənin "Beşiktaş" klubu maraqlıdır. İstanbul təmsilçisi artıq futbolçunun transferi üçün 10 milyon avro məbləğində rəsmi təklif təqdim edib. Təklifə əlavə olaraq, gələcəkdə transferdən əldə olunacaq gəlirin bir hissəsinin də "Beşiktaş"a verilməsi nəzərdə tutulub.

Rusiyalı futbolçunun özü də İstanbul klubunda çıxış etməyə razıdır.

 Moskva klubu isə transfer pəncərəsinin bağlanmasına az vaxt qaldığı üçün Kislakı satmaq istəmir. Buna baxmayaraq, tərəflər arasında danışıqlar davam edir.

Xatırladaq ki, Matvey Kislak 20 yaşındadır. Cari mövsümdə o, ÇSKA Moskva-nın heyətində bütün yarışlarda ümumilikdə 11 matç keçirib, 2 qol vurub və 3 məhsuldar ötürmə edib. Onun bazar qiyməti isə Transfermarkt-ın məlumatına görə 8 milyon avro olaraq qiymətləndirilir.

Избранный
84
90deqiqe.az

1Источники