RU

Pasportunu itirən Yamal Türkiyəni necə tərk edib?

İspaniya millisinin vingeri Lamin Yamal Türkiyəni özəl təyyarə ilə tərk etmək məcburiyyətində qalıb.

Publika.az xəbər verir ki, bu barədə "Turkiye Today" məlumat yayıb.

18 yaşlı futbolçu dünya çempionatının seçmə mərhələsinin 1-ci turunda Türkiyə yığmasına qarşı oyundan sonra pasportunu itirib. O, sənədi tapa bilmədiyi üçün stadionu onsuz tərk edib.

Qeyd edək ki, İspaniya millisi oyunu 6:0 hesabı ilə qazanıb. Yamal 73 dəqiqə meydanda olub və iki qol ötürməsi verib.

Избранный
73
publika.az

1Источники