RU

Səhiyyə Nazirliyində “İşğaldan azad edilmiş ərazilərdə tibbi xidmətin təşkili” ilə bağlı İşçi qrupunun ilk iclası keçirilib (FOTO)

Bakı. Trend:

Səhiyyə Nazirliyində “İşğaldan azad edilmiş ərazilərdə tibbixidmətin təşkili” ilə bağlı İşçi qrupunun ilk iclası keçirilib.İşçi qrup, Prezident İlham Əliyevin “Böyük Qayıdışa dair II DövlətProqramı” və “2027-2030-cu illərdə sosial-iqtisadi inkişafStrategiyası”nın tələblərini yerinə yetirmək məqsədilə səhiyyənaziri Teymur Musayevin əmri ilə yaradılıb.

Trendxəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, iclasa Səhiyyə Nazirliyinin Aparatı, MüdafiəNazirliyi, Fövqəladə Hallar Nazirliyi, Qaçqınların və MəcburiKöçkünlərin İşləri üzrə Dövlət Komitəsi, İcbari Tibbi Sığorta üzrəDövlət Agentliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi,həmçinin Prezidentin işğaldan azad edilmiş rayon və şəhərlərdəkixüsusi nümayəndəliklərinin nümayəndələri qatıldı.

İşçi qrupunun əsas məqsədləri aşağıdakılardır:

“Böyük Qayıdışa dair II Dövlət Proqramı” çərçivəsində mövcudmülki və hərbi tibbi infrastruktur, həmçinin inşası davam edən vəplanlaşdırılan tibbi obyektlər barədə məlumatın toplanması;

Köç qrafikinə uyğun olaraq, azad edilmiş ərazilərdəməskunlaşacaq əhalinin yaş və cins bölgüsünə görə tələb olunacaqtibbi xidmətlərin növü və həcminin müəyyən edilməsi;

Mülki və hərbi tibbi infrastrukturun səmərəli istifadəsiməqsədilə çarpayı fondunun optimallaşdırılması;

Tibb müəssisələrinin kadrlarla təmini və tibbi heyətinfəaliyyətinin stimullaşdırılması;

Əhalinin dərman vasitələri ilə təminatında logistik zəncirinqurulması;

Əhali və tibb işçiləri arasında psixo-sosial dəstək işininaparılması və tibbi savadlılığın artırılması;

Sanitar aviasiyasından və teletibb imkanlarından istifadəperspektivlərinin qiymətləndirilməsi.

Toplantıda işğaldan azad edilmiş ərazilərdə yaşayan əhali üçüntibbi xidmətlərin keyfiyyətinin və onlara əlçatanlıq səviyyəsinintəmin edilməsi, səhiyyə infrastrukturunun qurulması, müasiravadanlıqlarla təchizatı və kadr hazırlığı ilə bağlı ümumiyanaşmalar müzakirə edilərək vahid strategiyanın hazırlanmasıistiqamətində müzakirələr aparılıb.

Səhiyyə naziri Teymur Musayev çıxışında Prezident İlham Əliyevinrəhbərliyi ilə həyata keçirilən “Böyük Qayıdış” proqramıçərçivəsində səhiyyə sahəsinə xüsusi önəm verildiyini vurğulayaraqqeyd etdi:

“İşğaldan azad edilmiş ərazilərdə tibbi xidmətin təşkiliistiqamətində görüləcək tədbirlər Böyük Qayıdış proqramının uğurluicrasına və regionda dayanıqlı sosial-iqtisadi inkişafın təminolunmasına xidmət edəcək”.

Nazir bildirib ki, nazirlik bu mühüm layihənin həyatakeçirilməsini dəstəkləmək üçün bütün səylərini səfərbər edəcək vəmüvafiq qurumlarla sıx əməkdaşlıq edəcək.

İşçi qrupunun qarşıda duran məsuliyyətli vəzifələri yerinəyetirmək üçün təkmilləşdirilmiş plan və təkliflər hazırlayaraq,ölkənin ərazi bütövlüyü uğrunda qələbədən sonra bərpa vəyenidənqurma işlərinin ən mühüm istiqamətlərindən biri olan səhiyyəinfrastrukturunun qurulmasına əhəmiyyətli töhfə verəcəyivurğulandı.
İclasın sonunda qoyulmuş vəzifələrin icrası ilə bağlı müvafiqtapşırıqlar verilib.

Səhiyyə
Səhiyyə
Səhiyyə
Səhiyyə
Məqalədə:
Избранный
55
7
az.trend.az

10Источники