RU

İrəvan: “Türkiyə ilə sərhədləri lap sabah açmağa hazırıq”

AzVision.az xəbər verir ki, Türkiyə-Ermənistan münasibətlərinin tənzimlənməsi üzrə erməni tərəfinin xüsusi nümayəndəsi Ruben Rubinyan belə bəyanat səsləndirib.

“Erməni tərəfdən heç bir maneə yoxdur, biz sabah sərhədləri açmağa və diplomatik əlaqələr qurmağa hazırıq. Ermənistan bu yaxınlarda Pakistanla diplomatik əlaqələri bərpa edib və bu vacib hadisədir. Ümid edirəm ki, yaxın vaxtlarda Türkiyə ilə də oxşar addım atacağıq”,- erməni mənur deyib.

Türkiyəli həmkarı Serdar Kılıçla gözlənilən görüşdən danışan Rubinyan Vaşinqtonda Ermənistan və Azərbaycan arasında əldə olunan razılaşmaların regional proseslərə müsbət təsir göstərdiyini vurğulayıb. Lakin o, görüşün dəqiq harada - İrəvanda, yoxsa sərhəd bölgəsində keçiriləcəyini açıqlamayıb və bunu sonra elan edəcəyinə söz verib.

Rubinyan bildirib ki, üçüncü ölkə vətəndaşları və diplomatik pasport sahibləri üçün keçid məntəqələrinin açılması ilə bağlı 2023-cü il sazişi hələ də icra olunmayıb. Bununla belə, erməni xüsusi nümayənda əldə olunan razılaşmaların tezliklə həyata keçiriləcəyinə ümid etdiyini vurğulayıb.

Xatırladaq ki, sentyabrın 7-də Türkiyənin “NTV” telekanalı Türkiyə və Ermənistanın gələn həftə nümayəndə heyətləri səviyyəsində ilk görüş keçirəcəyini bildirib.

Telekanalın məlumatına əsasən, Ermənistan tərəfi ilə münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndə Serdar Kılıçın rəhbərlik etdiyi nümayəndə heyəti Əlican sərhəd-keçid məntəqəsi vasitəsilə Ermənistana gələcək.

Tərəflər ikitərəfli münasibətlərin normallaşdırılması və artıq qəbul olunmuş qərarların həyata keçirilməsi ilə bağlı bir sıra məsələləri müzakirə etməyi planlaşdırırlar. Ermənistan Xarici İşlər nazirliyi danışıqlarda iştirakını təsdiqləyib.

Sahil İsgəndərov
AzVision.az
Избранный
29
1
azvision.az

2Источники