
Birləşmiş Millətlər Təşkilatı (BMT) ölkələr arasında mübahisələrin həlli sahəsində ilkin vəzifələrini yerinə yetirmir.
Reyting.az “Reuters”ə istinadla xəbər verir ki, bunu Misir prezidenti Əbdülfəttah əs-Sisi deyib.
BRIKS-in zirvə görüşünə onlayn qoşulan Misir lideri BMT Təhlükəsizlik Şurasına etimad səviyyəsinin aşağı düşdüyünü bəyan edib:
“Planetdə baş verən hadisələrin BMT sisteminə, xüsusən də Təhlükəsizlik Şurasına birbaşa mənfi təsiri oldu. Ona inamın azalması bir sıra dövlətləri Şurada islahatlar tələb etməyə sövq edir”.
E. KAMAL