RU

Azərbaycanın boks üzrə Olimpiya mükafatçısı dünya çempionatına qələbə ilə başlayıb

Bakı, 8 sentyabr, AZƏRTAC

Azərbaycan boksçusu Alfonso Dominqes Liverpulda keçirilən dünya çempionatına qələbə ilə başlayıb.

Azərbaycan Boks Federasiyasından AZƏRTAC-a bildirilib ki, 90 kiloqramda döyüşən millinin lideri 1/8 finalda almaniyalı Yasse Kislə üz-üzə gəlib.

Yay Olimpiya Oyunlarının bürünc və gümüş mükafatçısı, dünya çempionu rəqibinə heç bir şans verməyib. Hər 3 raundu xeyrinə bitirən Dominqes yekunda 5:0 (29:28, 29:28, 30:27, 30:27, 30:27) hesabı ilə qalib gəlib.

O, 1/4 final görüşünə sentyabrın 10-da çıxacaq.

Qeyd edək ki, Azərbaycan millisinin daha 4 boksçusu 1/8 finala adlayıb.

Избранный
36
1
azertag.az

10Источники