RU

Azərbaycan COP29 Sədrliyi Afrikanın iqlim problemlərinə xüsusi diqqət yetirir - AÇIQLAMA

“Səma və Eko” Sosial-İqtisadi İnkişafa Yardım İctimai Birliyinin sədri İradə Həsənova QHT.az-a açıqlamasında bildirib ki, sentyabrın 6-da Efiopiyanın paytaxtı Əddis-Əbəbə şəhərində Azərbaycan COP29 Sədrliyinin təşəbbüsü və təşkilatçılığı ilə “Afrika qitəsinin iqlim çağırışları: Afrikanın xüsusi vəziyyəti və ehtiyaclarına cavab verilməsi” adlı yüksək səviyyəli nazirlər iclası baş tutub:

"İqlim danışıqları prosesində Afrika qitəsi üçün ən həssas mövzulardan biri hesab olunan Afrikanın xüsusi vəziyyəti və ehtiyacları ilə bağlı keçirilən tədbir BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) 2-ci İqlim Həftəsi çərçivəsində təşkil olunub. Tədbirdə 50-yə yaxın ölkə, eləcə də müxtəlif beynəlxalq təşkilat və fondlardan ümumilikdə 200-dən artıq nümayəndə iştirak edib. Tədbirdə COP 29-a sədrlik edən M.Babayev Afrikada iqlim dəyişmələrindən irəli gələn mövcud çağırışların mənfi təsirlərini azaltmağa qitə ölkələrinin qadir olduğuna və bu xüsusda, COP29-da qəbul edilmiş qərarların əhəmiyyətini vurğulayıb. O, COP29 Sədrliyinin bütün tərəflərin, o cümlədən Afrika qitəsinin maraqlarını nəzərə aldığını və bu istiqamətdə fəaliyyətin davam edəcəyini iştirakçıların diqqətinə çatdırıb".

Ardı var...

 

Pərvanə Fərhadqızı

Избранный
73
qht.az

1Источники