ain.az bildirir, Avtosfer saytına əsaslanaraq.
Sükan arxasında baş telefona qarışan sürücü piyada keçidində məktəbli qızı vurub. Avtosfer.az xəbər verir ki, hadisə Rusiyanın Maqnitoqorsk şəhərində baş verib.
Məlumata görə, adı və soyadı açıqlanmayan sürücü idarə etdiyi “Mercedes” markalı minik avtomobili ilə hərəkətdə olan zaman başı telefona qarışıb. Diqqəti yoldan yayınan sürücü idarə etdiyi avtomobillə piyada keçidindən keçən 15 yaşlı qızı vurub. Zərbənin təsirindən piyada havaya qalxaraq 5-6 metr kənara düşüb.
Qəza nəticəsində ağır xəsarətlər alan zərərçəkən hadisə yerinə çağırılan təcili tibbi yadım maşını ilə xəstəxanaya aparılıb.
Faktla bağlı araşdırma aparılır.
Namiq Musayev
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.