ain.az, Azertag portalına istinadən məlumat verir.
Vaşinqton, 8 sentyabr, AZƏRTAC
BMT Baş katibi Antonio Quterreş bu gün Yerusəlimdə azı 6 nəfərin ölümü və çoxlu sayda insanın yaralanması ilə nəticələnən terror aktını qətiyyətlə pisləyib.
AZƏRTAC-ın məlumatına görə, bu barədə Baş katibin bəyanatında deyilir.
Baş katib həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verib, yaralananların tam və tezliklə sağalmasını arzulayıb.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.