RU

Qvardiola Savionun “Tottenhem”ə keçidini əngəlləyib

Braziliyalı vinger Savionun “Tottenhem”ə transferinin baş tutmamasının səbəbi məlum olub.

90deqiqe.Az-ın “ El Nacional”a istinadən yaydığı məlumata görə, ​yay transfer pəncərəsində “Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola şəxsi təşəbbüslə klubun idman direktoru Uqo Vianaya müraciət edərək futbolçu ilə bağlı heç bir təklifin nəzərdən keçirilməməsini istəyib.

21 yaşlı hücumçuya həm “Tottenhem”, həm də “Barselona” maraq göstərib. Lakin Qvardiolanın mövqeyi oyunçunun komandada qalmasına səbəb olub.

Qeyd edək ki, Savio cari mövsümdə hələ meydanda şans qazanmayıb. Onun “şəhərlilər”lə müqaviləsi 2029-cu ilə qədər qüvvədədir. Transfermarkt portalının məlumatına əsasən, futbolçunun bazar dəyəri 50 milyon avro təşkil edir.

Избранный
58
90deqiqe.az

1Источники