RU

Səfir: Çin-Azərbaycan münasibətləri ən yüksək səviyyədədirVİDEO

"Çin-Azərbaycan münasibətləri tarixdə özünün ən yüksək səviyyəsinə çatıb".

Xezerxeber.az-ın məlumatına görə, bunu Çinin Azərbaycandakı səfiri Lu Mey Prezident İlham Əliyevin Çinə səfərinin yekunları ilə bağlı mətbuat konfransında deyib.

O qeyd edib ki, qarşılıqlı rəsmi səfərlər iki ölkə arasında hərtərəfli strateji tərəfdaşlıq münasibətlərinin məzmununu zənginləşdirib.

Səfir Pekin və Bakının əməkdaşlıq üçün böyük perspektivlərə və potensiala malik olduğunu bildirib.

Diplomat yaxın vaxtlarda 100 meqavat gücündə Qobustan günəş elektrik stansiyasının tikintisinə rəsmən start veriləcəyini də açıqlayıb.

Səfir Lu Mey həmçinin Azərbaycan və Çinin bu ilin sonuna qədər illik ticarət həcmini rekord səviyyəyə çatdırmağı planlaşdırdığını açıqlayıb. Onun sözlərinə görə, bu ilin ilk yeddi ayında 2 ölkə arasında ticarət həcmi 2,45 milyard dollar təşkil edib. Bu isə illik müqayisədə 26 % artım deməkdir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.



 

 

Избранный
52
xezerxeber.az

1Источники