RU

Tyuram Səudiyyə klubunun təklifini rədd etdi

“Yuventus” yay transfer pəncərəsində yarımmüdafiəçi Kefren Tyuramu əlverişli qiymətə sata bilərdi.

90deqiqe.Az-ın “Tuttosport”a istinadən yaydığı məlumata görə adı açıqlanmayan Səudiyyə Ərəbistanı klubu fransız futbolçu üçün 40–50 milyon avro ödəməyə hazır idi.

24 yaşlı oyunçuya indiki maaşının dörd dəfə çoxu təklif olunmasına baxmayaraq, Tyuram bu təklifdən imtina edib. Yarımmüdafiəçi hesab edir ki, “Yuventus”a çox fayda verə bilər və komanda ilə birlikdə Skudetto qazanmaq istəyir.

Tyurama həmçinin PSJ də maraq göstərir və gələn il transfer üçün danışıqlara başlaya bilər. Transfermarkt portalına görə, futbolçunun bazar dəyəri 40 milyon avrodur.

Избранный
77
90deqiqe.az

1Источники