RU

Finlandiya Ukraynaya növbəti hərbi yardım paketi hazırlayır

Finlandiya Ukraynaya növbəti hərbi yardım paketi hazırlayır

Finlandiya hökuməti Ukraynaya növbəti, 30-cu hərbi yardım paketini hazırlayır.

AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə respublikanın baş naziri Petteri Orpo Helsinkidə Avropa İttifaqı Şurasının prezidenti Antonio Kosta ilə birgə mətbuat konfransında bildirib.

"Biz artıq Ukraynaya 29 hərbi yardım paketi ayırmışıq. Hazırda isə daha bir paket hazırlayırıq", - deyə o bildirib.

Finlandiyanın baş naziri hökumətin dövlət büdcəsini 1 milyard avro ixtisar etmək planları fonunda Ukraynaya yeni hərbi yardım paketinin hazırlandığını açıqlayıb.

Ümumilikdə, 2022-ci ildən bəri Finlandiya Kiyevə 3,3 milyard avro dəyərində silah və digər hərbi texnika göndərib.

Избранный
51
3
afn.az

4Источники