RU

Ay tutulması bəşəriyyətə böyük mesajlar çatdırır - ELMİ-LƏDUN

"Şübhəsiz ki, Yaqub   onu öyrətdiyimiz üçün bir elm sahibi idi. Lakin insanların  əksəriyyəti bunu bilməz!" Quran, 12:68

Xəbər verildiyi kimi, bu gün (07.09.2025) Ay tutulması baş verməkdədir. Bu tutulmanın Yer əhlinə hansı mesajları verdiyini gəlin birlikdə araşdıraq.

Elmi-lədun hesablamalarımız göstərir ki, Ay tutulmaları təsadüfü baş verməyib, xüsusi bir qanunauyğunluğa tabedir. Bu qanunauyğunluq özünü Quran rəmzləri ilə büruzə verir ki, bu da qiyamətin əlamətləri olan Ay tutulmasının ciddi bir nizamla baş verdiyini ortaya qoymaqdadır.

Ay tutulmaları niyə 14 ədədi altında baş verir?

Ay tutulmaları bir qayda olaraq Hicri-qəməri təqvimi ilə ayın 14-də baş verir (bu gün də Rəbiül-əvvəl ayının 14-dür). Bununla Yerə hansı kodlaşdırılmış informasiyanın ötürüldüyünü bilmək üçün 14 ədədinin hikmətlərinə nəzər salaq.

(Öncə, Ay tutulmalarının cədvəlini hər iki təqvimlə diqqətinizə çatdırıram. bax: aşağıdakı fotoya)

 

Cədvəldən göründüyü kimi, elm əsrinin bütün Ay tutulmaları 14 ədədi altında baş verir. Sual yaranır ki, hər ayda 30 (29) gün olmasına baxmayaraq, niyə məhz 14-cü günləri Ay tutulur?

Xatırladaq ki, 14 ədədi Quranda “İbrahim” surəsinin sıra nömrəsidir. Allah-taala bu surədə İbrahim Peyğəmbərin mənalı həyat yolundan söhbət açır və onun zülmə qarşı apardığı mübarizəni önə çəkir. Onun mübarizəsi o vaxta təsadüf edirdi ki, Yerdə xeyirlə şər arasındakı balans birincinin ziyanına pozulmuşdu. Allah həmin dövrdə pozulmuş balansı İbrahim əleyhissəlamın vasitəsi ilə bərpa etdi.

Hesablamalarımız göstərir ki, 14 ədədi "Quran"da Allahın Öz adına olan “Rəhimli Allah” (55) surəsinə bağlanır və  tarazlıq (balans) rəmzi sayılır. Bunu sübut etmək üçün daha bir düsturu diqqətinizə çatdırırıq:

"Rəhimli Allah" surəsinin sıra nömrəsi (kodu) olan 55 ədədi “Quran”da 41 dəfə keçir (yəni, kitabın cəmi qırx bir surəsində 55-ci ayə var; qalan surələrdə ayələrin sayı əlli beşdən azdır).

Eyni zamanda 41-ci ayə də müqəddəs kitabda əlli beş dəfə keçir (“Quran”ın cəmi əlli beş surəsində 41-ci ayə var).

Beləliklə, “Quran”da 55-ci ayə 41 dəfə, 41-ci ayə isə, 55 dəfə keçir. Tarazlığa (balansa) dəlalət edən bu faktı nəzərə alıb, 55 ədədindən 41 çıxsaq, alınan 14 ədədi “İbrahim” surəsinin sıra nömrəsini (kodunu) göstərir:

                            55 - 41 = 14

İnsan beyninin məhsulu olmayan bu düstur  “Quran”ın düzülüşünün fövqəladə bir elmlə (Allahın iradəsiylə) düzüldüyünü təsdiq edir.

Ay tutulmalarının da 14 ədədi altında baş verməsinin sirri bu düsturda açılır. Belə ki, xeyirlə şər  arasında tarazlığı pozanlara Allah tərəfindən mesaj ötürülür ki, hədlərini aşmasınlar və Yerdə tarazlığı (balansı) pozmasınlar (müasir terminlə desək, qırmızı xətti keçməsinlər).

Əvvəlki yazılarımızda ortaya qoyduğumuz faktlardan da görünürdü ki, Yerdə baş verən bütün böyük zəlzələ, qasırğa və təyyarə qəzaları bir qayda olaraq riyazi şəkildə Ay tutulmalarına bağlanır. Bu da sübut edir ki, Ay tutlmaları əslində tarazlığı pozanlara gələn bəlaların siqnalıdır.

Nişirəvanın sarayından niyə 14 sütun uçdu?

14 ədədindən söhbət düşmüşkən, maraqlı bir tarixi faktı diqqətinizə çatdırım ki, Məhəmməd Əleyhissəlam dünyaya təşrif gətirən gecəsi zalım şah olan Nuşirəvanın sarayından 14 (!) sütun uçdu. Hadisəni şərh etmək üçün saraya çağrılan münəccimlər və bilicilər uzun müzakirələrdən sonra belə qərara gəldilər ki, səmavi kitablar vasitəsi ilə xəbəri qabaqcadan verilən Peyğəmbər artıq dünyadadır. Onu da bildirdilər ki, Nuşirəvanın hakimiyyəti süqut edəcək və 14 padşah dəyişdikdən sonra Sasanilər dövləti dağılacaq. Çox keçmədi ki, verilən proqnoz özünü doğrultdu və Sasanilər dövləti dağıldı (bu müddətdə 14 dəfə saray çevrilişi oldu ki, hər bir padşahın hakimiyyəti bir neçə ay, bzən bir neçə gün çəkdi).

Məlumdur ki, bəşər yaranandan xeyirlə şər arasında həmişə balans olmuşdur. Tarixin elə dönəmləri də olmuşdur ki, xeyirlə şər arasındakı  balans (birincinin ziyanına) pozulmuşdur. Peyğəmbərlər tarixini araşdırdıqda, məlum olur ki, onların zühuru da məhz belə məqamlarda baş verir. Yəni, Allah-təala xeyirlə şər arasında pozulmuş tarazlığı peyğəmbərlər (kamil insanlar) vasitəsi ilə bərpa edir.

Bu gün də Yerdə xeyirlə şər arasında tarazlığın pozulması göz önündədir. Artıq haqq-ədalət demək olar ki, qalmayıb. Yerdəki bu vəziyyət Allah-taalanın qəzəbinə səbəb olmuşdur!

Elmi-lədun araşdırmalarımız göstərir ki, son vaxtlar baş verən təbii fəlakətlər, təyyarə qəzaları, yolxucu xəstəliklərin tüğyan etməsi məhz bu qəzəbin təzahürüdür.

Astronomik hadisələrin təhlili, eləcə də elmi-lədun bilgilərimiz göstərir ki, pozulmuş balansı bərpa edəcək şəxs artıq aramızdadır (Ay tutulmalarının 14 ədədi altında baş verməsinin bir səbəbi də budur)!

Odur ki, insanlara tövsiyyə edərdik ki, özlərindən aşağılara zülm etməkdən, əziyyət verməkdən, pozğun həyat tərzi keçirməkdən, Alaha xoş getməyən işlərdən çəkinsinlər! Əks halda yaxın zamanda baş verəcək böyük bəlalardan qurtulmaq mümkün olmayacaq. 

Aydan söz düşmüşkən, əvvəlki yazılarımızda Yerin peyki üzərində olan "ləkə" haqda geniş bəhs edərək bildirmişdik ki, bu, əslində ləkə deyil, Pangeya materikinin xəritəsidir. Belə ki. Yer ilk yaranışda cəmi bir materik olub ki, onun da adı Pangeya olub (sonradan qitələrə parçalanıb). Həmin materikin xəritəsini Allah hər axşam bizə Ayın üzərində göstərsə də, indiyədək biz ona “ləkə” deyib yan keçmişik.  Artıq Rəbbim bizə mesaj verir ki,  Aya ağlınızın gözü ilə baxın bu, ləkə deyil, xəritədir (Pangeya materikinin xəritəsi şərh bölümündə). 

Hesablamalarımız göstərir ki, yaxın aylarda dünyada indiki haqsızlıq dövrü bitib,  Pangeyizm dövrü başlayacaqdır.  Bu dövr  bəşəriyyətin kamillik dövrü olacaqdır və dünyada sülh-əminamanlıq, haqq-ədalət  bərqərar olacaqdır. Başlanmasına aylar (bəlkə də günlər) qalmış bu gözəl (ruzili-bərəkətli) dövrdə ancaq yaşamağa layiq (xoşbəxtliyi haqq etmiş, heç kəsə ziyan verməyən) insanlar yaşayacaqlar. 

Bütün bunları nəzərə alıb, bir daha mənə inananlara tövbə etməyi, savab əməllərini artırmağı tövsiyyə edirəm.

“Ey kitab əhli! Peyğəmbərlərin ardı-arası kəsildiyi bir dövrdə: “Bizə nə bir müjdə verən, nə də bir (Allahın əzabı ilə) qorxudan kimsə gəldi”, - deməməyiniz üçün sizə Peyğəmbərimiz gəldi. Artıq sizə müjdə verən və qorxudan (xəbərdarlıq edən) şəxs gəlmişdir. Allah hər şeyə qadirdir!” “Süfrə” surəsi, 19-cu ayə.

 

Dr. Paşa Yaqub,

elmi-lədun bilicisi

Избранный
28
2
hurriyyet.az

3Источники