Aleksandar Mitroviç iş yerini dəyişib. Serbiya millisinin üzvü karyerasını Qətərdə davam etdirəcək.
30 yaşlı hücumçu “Əl-Rayyan”a keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Tərəflər arasındakı müqavilənin detalları hələlik açıqlanmayıb.
Mitroviç 2023-cü ilin yayından “Əl-Hilal”ın formasını geyirdi. O, Səudiyyə Ərəbistanı klubu ilə meydana çıxdığı 79 oyunda 68 qol vurub, 15 məhsuldar ötürmə edib.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта