Unikal.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Rusiya prezidenti Vladimir Putin Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovu “İgidliyə görə” ordeni ilə təltif edib.
"Unikal" xəbər verir ki, müvafiq fərman hüquqi aktların rəsmi saytında yerləşdirilib.
Sənəddə deyilir: “Hərbi borcunu yerinə yetirərkən göstərdiyi şücaə və fədakarlığa görə ordu generalı Valeri Vasilyeviç Gerasimov “İgidliyə görə” ordeni ilə təltif edilsin".
Valeri Gerasimov 2012-ci ildən Rusiya Baş Qərargahına rəhbərlik edir, 2016-cı ildə Rusiya Qəhrəmanı adına layiq görülüb.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.