RU

Bu ölkə bizə hücuma hazırlaşır - Medvedyev

Finlandiya NATO-ya daxil olduqdan sonra faktiki olaraq müdafiə tədbirləri adı altında Rusiya ilə müharibəyə hazırlaşır.

Bu sözləri Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev deyib.

Onun sözlərinə görə, Helsinki hücum üçün tramplin yaradır:

“NATO Finlandiyanın bütün beş əməliyyat mühitini: quru, dəniz, hava, kosmos və kiberməkanı fəal şəkildə inkişaf etdirir. NATO-ya daxil olduqdan sonra Helsinki müdafiə tədbirləri adı altında Rusiya ilə müharibəyə hazırlaşmaq üçün toqquşma kursu aparır, açıq şəkildə bizə hücum üçün tramplin hazırlayır”. \\Axar.Az

Избранный
32
5
hurriyyet.az

6Источники