RU

Azərbaycana insan və heyvan qanı satan ölkələr - SİYAHI, QİYMƏTLƏR

Cari ilin yanvar-iyun aylarında Azərbaycana insan qanı, müalicəvi məqsədlər üçün hazırlanmış heyvan qanı və digər analoji məhsullar idxal olunub.

Ümumilikdə ölkəyə 3,09 ton məhsul gətirilib və bunun dəyəri 426,43 min ABŞ dolları təşkil edib.

Məhsullar Qazaxıstan, ABŞ, Çin, Almaniya, Çexiya, Fransa, İsveç, İtaliya və Sloveniya olmaqla 9 ölkədən idxal edilib.

Qazaxıstandan 11,6 min dollar dəyərində 0,35 ton məhsul gətirilib, 1 kiloqramı 33,14 dollar və ya 56,34 manat olub.

ABŞ-dən 39,93 min dollarlıq 0,04 ton məhsul idxal olunub, kiloqram qiyməti 998,25 dollar və ya 1697 manat təşkil edib. 

Çindən gətirilən 0,12 tonun dəyəri 6,96 min dollar olub, 1 kiloqramı 58 dollar və ya 98,6 manat səviyyəsində müəyyənləşib.

Almaniyadan 0,17 ton məhsul idxal edilib, dəyəri 24,16 min dollar, kiloqram qiyməti isə 142,11 dollar və ya 241,6 manat olub.

Çexiyadan 265,34 min dollar dəyərində 0,01 ton məhsul gətirilib, 1 kiloqramı 26 534 dollar və ya 45 108 manat təşkil edib.

Fransadan idxal olunan 0,01 tonun dəyəri 6,92 min dollar olub, 1 kiloqram qiyməti 692 dollar və ya 1176 manat təşkil edib.

İsveçdən 0,64 min dollarlıq məhsul gətirilsə də, çəkisi barədə məlumat açıqlanmayıb.

İtaliyadan 0,05 ton məhsul idxal edilib, dəyəri 34,62 min dollar olub və 1 kiloqramı 692,4 dollar və ya 1177 manat təşkil edib. 

Sloveniya isə 36,25 min dollar dəyərində 2,35 ton məhsul ixrac edib, kiloqram qiyməti 15,42 dollar və ya 26,2 manat olub. \\Valyuta.az

Избранный
41
2
hurriyyet.az

3Источники