RU

Fransanın 61 faizi parlamentin buraxılmasını istəyir

BAKI, 9 sentyabr. TELEQRAF

Fransa sakinlərinin əksəriyyəti baş nazir Fransua Bayronun Milli Assambleyada (parlamentin aşağı palatası) hökumətə etimad səsverməsi zamanı lazımi sayda deputatın dəstəyini ala bilmədiyi üçün parlamentin buraxılmasını dəstəkləyir.

Teleqraf xəbər verir ki,Fransa İctimai Rəy İnstitutunun (IFOP) LCI televiziya kanalı adından keçirdiyi sorğunun nəticələri bunu deməyə əsas verir.

Respondentlərin 61%-iMilli Assambleyanın buraxılmasının və növbədənkənar parlament seçkilərinin keçirilməsinin tərəfdarı olub. Bu, iyulun 4-də keçirilən analoji sorğunun nəticələrindən 11% çoxdur.

Növbədənkənar seçkilərin keçiriləcəyi təqdirdə, sağçı Milli Cəbhə Partiyası səslərin əksəriyyətini ala bilər, respondentlərin 34%-ə qədəri onu dəstəkləməyə hazırdır.

Sentyabrın 8-də Fransa Milli Assambleyası (parlamentin aşağı palatası) üzvlərinin əksəriyyəti baş nazir Fransua Bayrunun proqram xarakterli çıxışından sonra ölkə hökumətinə etimadın əleyhinə səs verib. Baş nazir istefa ərizəsini çərşənbə axşamı səhər prezidentə təqdim etmək niyyətindədir. Bazar ertəsi keçirilən dinləmələrdə Bayrou ilk növbədə dövlət borcunun sürətlə artması ilə əlaqədar ölkə iqtisadiyyatında böhranın olduğunu etiraf edib.

Müxalifət nümayəndələri baş naziri tənqid edərək bildiriblər ki, ardıcıl hökumətlərin, eləcə də ölkə prezidenti Emmanuel Makronun siyasəti indiki vəziyyətə gətirib çıxarıb. Sosialist Partiyasının və Milli Cəbhənin nümayəndələri yeni hökuməti formalaşdırmağa hazır olduqlarını bəyan ediblər.

Избранный
39
7
teleqraf.com

8Источники