BAKI, 9 sentyabr. TELEQRAF
Türkiyədə Egey dənizində 5,1 bal gücündə zəlzələ olub.
Teleqraf xəbər verir ki, bu barədə Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Zəlzələnin episentri İzmirin Çeşmə qəsəbəsindən 183 km aralıda, 7 km dərinlikdə yerləşir.