RU

Almaniya Ukraynaya PUA-larla mübarizə üçün mobil sistemlər verəcək

BAKI, 9 sentyabr. TELEQRAF

Almaniyanın müdafiə konserni “Rheinmetall” 2025-ci ilin sonuna qədər Ukraynaya pilotsuz uçuş aparatları (PUA) ilə mübarizə üçün “Skyranger” mobil sistemləri tədarük edəcək.

Teleqraf xəbər verir ki, bu barədə şirkətin rəhbəri Armin Papperger bildirib.

“Bu həftə Londonda keçiriləcək sərgidə biz Ukrayna ilə müqavilə imzalayacağıq və həmin müqavilə əsasında onlar yeni “Skyranger” sistemlərini əldə edəcəklər. İlk dəfə olaraq bura dron hücumlarını dəf edə bilən mobil sistemlər daxil olacaq”, - Papperger bildirib.

Onun sözlərinə görə, konsern ildə 70-100 arası “Skyranger” qülləsi istehsal edə bilir və istehsalı 200 ədədə qədər artırmağı planlaşdırır. Papperger qeyd edib ki, söhbət Bundesverin silahlanmasında olmayan sistemlərdən gedir.

Избранный
9
teleqraf.com

1Источники