İki gün öncə Oğuzda qəza zamanı xəsarət alan qadın sərnişin xəstəxanada ölüb.
News24.az “Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə zamanı ağır bədən xəsarətləri alan 1992-ci il təvəllüdlü Aygün Quliyeva Qəbələ Rayon Mərkəzi Xəstəxanasında dünyasını dəyişib.
Qeyd edək ki, sentyabrın 6-da Oğuz rayonunun Kərimli kəndində qarşısına inək çıxan xanım sürücü qəza törədib. O, hadisə yerində vəfat etmişdi