RU

“Akkuyu” AES Türkiyənin enerji asılılığını azaldacaq – Ərdoğan

Bakı. Trend:

Türkiyənin 2053-cü ilə qədər elan etdiyi inkişaf hədəflərinənüvə enerjisi olmadan nail olmaq qeyri-mümkündür. 4 800 MVt gücündə“Akkuyu” Atom Elektrik Stansiyasının istifadəyə verilməsi ölkəninenerji asılılığını əhəmiyyətli dərəcədə azaldacaq.

Trend-inməlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib ƏrdoğanAnkarada hökumət iclasının nəticələrinə dair brifinqdə deyib.

Dövlət başçısı bildirib ki, hazırda dünyada 31 ölkədə 416 nüvəreaktoru fəaliyyət göstərir, 15 ölkədə isə, o cümlədən Türkiyədə,62 yeni reaktorun inşası davam edir.

Ərdoğanın sözlərinə görə, Mersin vilayətində inşa olunan“Akkuyu” AES hər il 35 milyon ton zərərli tullantının havayaatılmasının qarşısını alacaq. Stansiyanın fəaliyyətinin Türkiyəiqtisadiyyatına töhfəsi isə 50 milyard dollara qədəryüksələcək.

Избранный
34
az.trend.az

1Источники