BAKI, 9 sentyabr. TELEQRAF
Sakit okeanda yerləşən Fici və Vanuatu adaları yaxınlığında 6,4 maqnitudalı zəlzələ baş verib.
Teleqraf xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Yeraltı təkanların episentri Ficinin paytaxtı Suva şəhərindən 591 kilometr cənub-qərbdə, Vanuatunun İsangel şəhərindən 489 kilometr şərqdə yerləşib. Ocaq yerin 10 kilometr dərinliyin yerləşib.