RU

Azərbaycanda hər 100 ailəyə 65 şəxsi minik avtomobili düşür

2024-cü ildə Azərbaycanda dövlət qeydiyyatında olan nəqliyyat vasitələrinin (avtomobillər, motosikillər, qoşqu və yarımqoşqular) sayı 99 min 328 ədəd artaraq 31 dekabr 2024-cü il tarixində 1 milyon 873 min 405 ədəd təşkil edib.

Marja.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, o cümlədən avtomobillərin sayı 94 min 934 ədəd artaraq 1 milyon 833 min 874 ədədə, motosillərin sayı 2 min 90 ədəd artaraq 10 min 822 ədədə, qoşqu və yarımqoşquların sayı 2 min 304 ədəd artaraq 28 min 709 ədəd çatıb. 

2024-cü ilin sonunda Azərbaycanda hər 1000 nəfərə 179 ədəd avtomobil (2023-cü ilin sonunda 171 ədəd), hər min nəfərə 155 minik avtomobili (2023-cü ilin sonunda 148 ədəd), hər 100 ev təsərrüfatına 65 şəxsi minik avtomobili (2023-cü ildə 62 ədəd) düşüb.

Qeyd edək ki, qərb ölkələrində hər 100 ailəyə düşən avtomobillərin sayı 100 ədəddən çoxdur. Məsələn, Böyük Britaniyada hər 100 ailəyə təxminən 123 avtomobil düşür.

Avtomobil sayı motosikllərin sayı qoşqu və yarımqoşqu nəqliyyat vasitələrinin qeydiyyatı Dövlət Statistika Komitəsi 2024 statistika avtomobil artımı hər 1000 nəfərə avtomobil minik avtomobili ev təsərrüfatına avtomobil Azərbaycan avtomobil bazarı nəqliyyat statistikası
Избранный
94
1
marja.az

2Источники