RU

Bakıda şirkətin topoqrafiya cihazını satan şəxs həbs edildi

Xətai Rayon Məhkəməsində mənimsəmədə təqsirləndirilən Zaur Səfərovun (adı, soyadı şərtidir) barəsindəki cinayət işi üzrə məhkəmə iclası yekunlaşıb.
 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Aygün Həsənovanın sədrliyi ilə keçirilən prosesdə hökm elan olunub.


Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 2 il 2 ay 29 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
 

İttiham aktına görə, Zaur Səfərov 2023-cü ildə Bakıda şirkətlərin birində layihə üzrə topoqraf vəzifəsinə işə qəbul edilib. Ona Özbəkistan Respublikasının Nukus vilayətinin Karauzak şəhərində həyata keçirilən su təchizat sisteminin yenidən qurulması işləri ilə bağlı 22 min 302 manat dəyərində “Leica Geosystems AGO” markalı topoqrafiya cihazı etibar olunub.

 

Lakin o, xidməti vəzifəsindən sui-istifadə edərək cihazı Azərbaycan ərazisinə gətirib. Daha sonra isə Zaur maddi ehtiyaclarını ödəmək məqsədilə həmin cihazı 2024-cü ilin iyun ayında Xətai rayonu, Xocalı prospektində "Telegram" sosial şəbəkəsi vasitəsi ilə tanış olduğu, istintaqa məlum olmayan şəxsə 6 min manata satıb.


Bu hərəkəti ilə Zaur Səfərov əmlak sahibi olan zərərçəkmiş şəxsə 22 min 302 manat məbləğində xeyli miqdarda maddi ziyan vuraraq mənimsəmə yolu ilə talama törətməkdə ittiham olunub.


Kamal Məmmədov 

Tarix: 9 Sentyabr 2025, 09:02   
Избранный
16
pravda.az

1Источники