RU

Ağır qəza: Avtobus qatarla toqquşdu

Meksikanın mərkəzində yük qatarının ikimərtəbəli avtobusla toqquşması nəticəsində 10 nəfər ölüb, ən azı 61 nəfər yaralanıb.

Publika.az bu barədə “Reuters”ə istinadən məlumat verir.

Yerli hakimiyyət orqanları bildiriblər ki, toqquşma paytaxt Mexikodan təxminən 115 km şimal-qərbdə yerləşən Atlakomulko şəhəri ilə qonşu Miçoakan əyalətindəki Maravatio şəhəri arasındakı avtomobil yolunun sənaye zonasında baş verib.

Meksika Dövlət Baş Prokurorluğu yeddi qadın və üç kişinin öldüyünü bildirib. Yaralıların bəzilərinin vəziyyətinin ağır olduğu, digərlərinin isə tez bir zamanda xəstəxanadan buraxıldığı bildirilir.

Избранный
58
publika.az

1Источники