Azərbaycan milli komandası bu gün DÇ-2026-nın seçmə mərhələsində növbəti oyuna çıxacaq.
Operativ Media xəbər verir ki, yığma Bakıda Ukrayna millisini qəbul edəcək. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq görüşə saat 20:00-da start veriləcək.
Azərbaycan yığması seçmə mərhələdə ilk oyunda İslandiyaya uduzub – 0:5. Ukrayna isə Fransaya məğlub olub – 0:2.