RU

AQEM Beyin Mərkəzləri Forumunun 13-cü toplantısı keçirilir

9-10 sentyabr tarixlərində Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) və Şanxay Beynəlxalq Araşdırmalar İnstitutunun (SIIS) birgə təşkilatçılığı ilə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Beyin Mərkəzləri Forumunun 13-cü toplantısı keçirilir.

Day.Az xəbər verir ki, "İnkişaf və Təhlükəsizliyin Rezonansı: AQEM-ininstitusional transformasiyası kontekstində regional əməkdaşlıq və idarəetmə" mövzusunda keçiriləcək 2-günlük konfransda AQEM-ə üzv dövlətlərin hökumət qurumlarının təmsilçiləri və aparıcı beyin mərkəzlərinin nümayəndələri bir araya gələcək.

Forum çərçivəsində aşağıdakı sessiyalar keçiriləcək:

1. "İnkişaf yolu ilə təhlükəsizliyin təşviqi -Asiya təhlükəsizlik idarəçiliyinə yeni yanaşmaların tədqiqi";
2. "Yaşıl və rəqəmsal transformasiya dövründətəchizat zəncirinin idarə edilməsindəəməkdaşlıq";
3. "Avrasiya bağlantılarının gücləndirilməsi: Bir Kəmər, Bir Yol təşəbbüsü (BRI), Orta Dəhliz, Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizi (INSTC) və digər layihələr";
4. "AQEM-in beynəlxalq təşkilat kimi rolunun gücləndirilməsi: İnstitusional transformasiyavə potensialın gücləndirilməsi".

Həmçinin, 10 sentyabr tarixində forum çərçivəsində"Yeni Asiya Nizamının Formalaşması"mövzusunda tematik panelin keçirilməsi nəzərdə tutulub.

Избранный
29
2
day.az

3Источники