Bakı. Trend:
Təcrübə göstərib ki, hər yeni tədris ili başlananda övladlarınıtəhsil ocaqlarına avtomobillə gətirən bir çox valideynlər və ya özüsürücü olan əksər tələbələr yol hərəkəti qaydalarına əməl etmirlər.Bu isə paytaxtın küçə və prospektlərində, təhsil müəsisələrininyaxınlığında olan yollarda süni sıxlığa səbəb olur. Bu cür hallarictimai nəqliyyatdan istifadə edən digər hərəkət iştirakçılarınında yolda əlavə vaxt itirməsinə gətirib çıxarır.
Trend xəbər verir ki, bu barədə Daxili İşlərNazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumatyayıb.
Bildirilib ki, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzininəməkdaşları tərəfindən paytaxtda yerləşən təhsil müəssisələrininətrafında, yaxın küçə və prospektlərdə müşahidə kameralarıvasitəsilə yollar nəzarətdə saxlanılır. Nəqliyyat sıxlığınınyaranmasına səbəb olan hallar olduğu zaman yol polisinə məlumatverilməsi ilə yanaşı, müxtəlif istiqamətlər üzrə svetoforlara“yaşıl dalğa” rejimi tətbiq ediləcək.
Bütün bunları nəzərə alaraq, şəxsi minik avtomobilləri iləövladlarını məktəbə gətirən valideynlərə, eləcə də tələbələrətövsiyə edirik ki, avtomobillərini mümkün qədər yeraltı və yerüstüdayanacaqlarda, parklanma yerlərində park etsinlər. Nəqliyyatvasitəsini dayanma və durmanın qadağan olunduğu yerlərdəsaxlamasınlar.
Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetməMərkəzi bütün şagird və tələbələri yeni “Bilik günü” münasibəti ilətəbrik edir, onlara tədris ilində uğurlar arzulayır.