RU

"Fənərbaxça" müdafiəçisi ilə yollarını ayırdı

“Fənərbaxça” futbolçusu Aleksandr Ciku ilə yollarını ayırıb.

Operativ Media “NTV Spor”a istinadən xəbər verir ki, klub qanalı mərkəz müdafiəçisinin müqaviləsinin ləğv olunması barədə Türkiyə Futbol Federasiyasına (TFF) məlumat verib.

Ciku karyerasını Rusiya Premyer Liqasında davam etdirəcək. 31 yaşlı futbolçu “Spartak”la anlaşıb.

“Fənərbaxça” Aleksandr Cikunu 2023-cü ilin yayında “Strasburq”dan (Fransa) transfer edib.

Избранный
43
7
operativmedia.az

9Источники