RU

Çin XİN rəsmisi: AQEM regional sülh və sabitliyə töhfə verməlidir

AQEM ölkələr arasında qarşılıqlı əməkdaşlıq və etimadın gücləndirilməsində unikal rol oynayır. 

Missiya.Az "Report"a istinadən xəbər verir ki, bunu Çin Xarici İşlər Nazirliyinin Avropa və Mərkəzi Asiya İşləri Departamentinin təmsilçisi, səfir Yan Venbin AQEM Beyin Mərkəzləri Forumunun 13-cü sessiyasında deyib. 

Onun sözlərinə görə, Çin daim AQEM-in fəaliyyətinə dəstək göstərib:

"Mövcud beynəlxalq mənzərə olduqca mürəkkəbdir. Bu il BMT-nin yaradılmasının 80 illiyi qeyd olunur. Bu da özlüyündə daha ədalətli nizamın qurulmasını özündə ehtiva edir".

Diplomat həmçinin bildirib ki, AQEM regional təhlükəsizliyə daha çox diqqət ayırmalı, sülh və sabitliyə töhfə verməlidir: 

"AQEM Asiyanın təhlükəsizliyini təmin etmək üçün faydalı araşdırmalar apara bilər. Qurum region ölkələri arasında ünsiyyətin gücləndirilməsində, qarşılıqlı etimadın artırılmasında və əməkdaşlığın təşviqində unikal və konstruktiv rol oynayır".

Избранный
38
1
missiya.az

2Источники