RU

Bu il turist sayı azalsa da, bank kartları ilə əməliyyatlarda böyük artım var

Azərbaycanda əcnəbi turistlər 2025-ci ilin iyulunda aylıq 154 milyon manat üzərində vəsait xərcləyiblər ki, bu da 2023-cü ilin dekabrından bu tərəfə maksimal göstəricidir. 31 ay öncə bank kartları ilə əcnəbilər 202.8 mln. manatlıq əməliyyat aparmışdılar.

Banker.az-ın əldə etdiyi rəsmi göstəriciyə əsasən, əcnəbilər ümumilikdə 2025-ci ilin ilk 7 ayında 829.62 milyon manatlıq bank kartları ilə ödənişlər aparıblar.

Bu, 2024-cü ilin eyni ilində qeydə alınan 788.1 mln. manatı 41.5 mln. manat və ya 5 faiz üstələyir.

AMB-nin məlumatına görə, əcnəbilərin 1.7 mln. əməliyyat aparıblar. Əməliyyatların həmişəki kimi böyük hissəsi “Visa” kartlarının payına düşüb – 1.2 mln. ədəd.

Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən 2025-ci ilin yanvar-iyul aylarında Azərbaycana 182 ölkəsindən 1 milyon 477,9 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,7 faiz az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Gələnlərin 26,1 faizi Rusiya Federasiyası, 17,1 faizi Türkiyə, 8,1 faizi Hindistan, 7,9 faizi İran, 4,2 faizi Səudiyyə Ərəbistanı, 4,1 faizi Gürcüstan, 4,0 faizi Qazaxıstan, 3,2 faizi Pakistan, 2,3 faizi Çin, hər birindən 2,0 faiz olmaqla İsrail və Özbəkistan, 1,8 faizi Birləşmiş Ərəb Əmirlikləri, 1,4 faizi Ukrayna, 1,3 faizi Türkmənistan, hər birindən 1,0 faiz olmaqla Belarus və Küveyt, 12,5 faizi digər ölkələrin vətəndaşları olmuşdur. Gələnlərin 66,5 faizini kişilər, 33,5 faizini qadınlar təşkil edib.

Ötən ilin eyni dövrü ilə müqayisədə Tacikistandan gələnlərin sayı 1,9 dəfə, İsraildən – 1,7 dəfə, Çindən – 1,6 dəfə, Yaponiyadan – 42,9 faiz, Qırğızıstandan – 36,0 faiz, İordaniyadan – 28,7 faiz, Qazaxıstandan – 20,6 faiz, Özbəkistandan -19,8 faiz, Niderlanddan -16,3 faiz, Pakistandan – 16,1 faiz, Kanadadan – 15,8 faiz, ABŞ-dan – 15,6 faiz, Almaniyadan -13,2 faiz, İtaliyadan – 10,9 faiz, Cənubi Koreyadan – 10,8 faiz artıb.

 

Избранный
8
banker.az

1Источники