RU

Alimlərimizin əsərləri Böyük Britaniya kitabxanasında

AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, fəlsəfə elmləri doktoru, professor İlham Məmmədzadənin “Mədəniyyətlərin qarşılıqlı təsir fəlsəfəsi və almanların Cənubi Qafqazda məskunlaşması” və institutun beynəlxalq əlaqələr şöbəsinin müdiri fəlsəfə üzrə fəlsəfə doktoru Zöhrə Əliyevanın “XIX əsrin sonu–XX əsrin əvvəllərində Azərbaycanda maarifçilik və dövlət quruculuğu” kitabları Böyük Britaniya Kral Cəmiyyətinin kitabxanasının və Milli Kitabxananın fonduna təqdim olunub.

AMEA-nın istimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Azərbaycan tədqiqatçılarının kitabları ilk dəfə olaraq Kral Cəmiyyətinin kitabxanasında təqdim olunur. Bu əlamətdar hadisə Azərbaycan və Böyük Britaniya arasında elmi və mədəni dialoq üçün yeni perspektivlər açaraq milli elmin beynəlxalq nüfuzunu möhkəmləndirir.

Qeyd edək ki, kitablar ideyalar tarixi, fəlsəfə və mədəni əlaqələr sahəsində mühüm tədqiqatları əks etdirərək Azərbaycan elmini beynəlxalq səviyyədə təqdim edir.

Qabil YUSİFOĞLU
XQ

Избранный
6
xalqqazeti.az

1Источники