RU

Pakistan Ermənistanı BMT üzvü kimi tanımağa hazırlaşır – Əvəzində İrəvandan istəyi var

 

Pakistan Ermənistanı BMT-nin üzvü kimi tanımaq niyyətindədir və bunun üçün Avrasiya İqtisadi İttifaqına (Aİİ) qoşulmaq üçün yaşıl işıq yandıracaq. 

 

Missiya.Az xəbər verir ki, bu barədə TASS-a diplomatic  mənbələr məlumat verib.

 

Agentliyin BMT-dəki həmsöhbətlərindən biri deyib: "Pakistan həqiqətən bunu etməyi və qarşılıqlı addım kimi Aİİ-yə qoşulmaq məsələsində konsensus əldə etməyi planlaşdırır".

 

Digər diplomatik mənbə qeyd edib ki, müvafiq prosedurlar bir neçə həftədən bir neçə aya qədər çəkə bilər. "Hər halda, bu, gözlənilən perspektivdir", - həmsöhbət əlavə edib. O, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin bu məsələyə şərait yaratdığını da vurğulayıb.

 

Bir gün əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Rusiya tərəfi Ermənistan və Pakistan arasında təmasların bərpasını alqışlayır. O  bunu “irəliYƏ addım” adlandırıb.

 

Xatırladaq ki, Pakistanla Ermənistan arasında diplomatik əlaqələr hələ də qurulmayıbr. Bunun əsas səbəbi Qarabağ müharibəsi zamanı Ermənistan ordusunun Azərbaycana məxsus Dağlıq Qarabağ və onun ətrafında yerləşən əraziləri işğal etməsi olub.. Üstəlik iddia olunan Erməni soyqırımını da tanımır. 

 

Elcan

Mİssiya.Az

Избранный
64
missiya.az

1Источники