RU

Kiyevə atılan "İskəndər"də ABŞ, Britaniya və Yaponiya detallarına rast gəlindi

BAKI, 9 sentyabr. TELEQRAF

Kiyevdə hökumət binasına atılan "İskəndər" raketində Qərb istehsalı detallar aşkarlanıb.

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin sanksiya siyasəti üzrə səlahiyyətli nümayəndəsi Vladislav Vlasuk bildirib.

Onun sözlərinə görə, Kiyevdə Nazirlər Kabineti binasına atılmış "İskəndər 9M727" tipli raketin analoqunda ABŞ, Yaponiya və Böyük Britaniya istehsalı olan detallar müəyyən edilib.

"Raketin bir hissəsi hökumət binasına düşüb, yanacaq alışıb, lakin döyüş başlığı partlamayıb. İlkin ehtimallara görə, bu, raketin zədələnməsi səbəbindən baş verib".

Vladislav Vlasuk əlavə edib ki, bütün dəqiq nəticələr araşdırmadan sonra açıqlanacaq.

Избранный
23
teleqraf.com

1Источники