RU

Şimali Koreya ABŞ-ni hədəf ala biləcək yeni raketi sınaqdan keçirib

Şimali Koreyanın Raketqayırma Baş İdarəsi və Kimyəvi Materiallar Tədqiqat İnstitutu ötən gün yeni raket mühərrikinin yer sınağını keçirib.

Missiya.Az xəbər verir ki, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) məlumat yayıb.

Bildirilib ki, ballistik raketin sınağını Şimali Koreya lideri Kim Çen In da izləyib.

Qeyd olunub ki, sınaqlar yeni hava hücumundan müdafiə sisteminin imkanlarını üzə çıxarıb. Raketlər müxtəlif hava hədəflərini məhv etmək üçün nəzərdə tutulub və bu da onu əvvəlki modellərdən daha güclü edir.

Xatırladaq ki, Şimali Koreya son illərdə ABŞ-yə çata bilən müxtəlif raketləri sınaqdan keçirib. 

Daşqın HəsənovMissiya.Az

Избранный
65
missiya.az

1Источники